Prezident Qərb rəsmilərini yalançı və fırıldaqçı adlandırdı – Özəl

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ilə əlaqələrin normallaşdırılması üzrə danışıqlarda vasitəçilik edən Qərb rəsmilərini tənqid edərək onları yalançı və fırıldaqçı adlandırıb.

Aktualtv.az xəbər verir ki, serblərin çoxluq təşkil etdiyi Kosovonun şimalında keçirilən yerli seçkilərdə isə etnik albanlar seçilib. Vuçiç Kosovo serblərinin səsverməni boykot etməsini dəstəkləyərək bunun “dinc siyasi üsyanı” təmsil etdiyini bildirib:

“Dünən Kosovo və Metohiyada serb xalqının dinc etiraz etdilər. Kosovo və Metohiyadakı serb xalqı həll yollarına, qəddarlığa, zorakılığa, , atışmalara Brüssel və Vaşinqtonun göz yummasına dözməyəcəklər. Onların mənə dedikləri hər söz, həmişə olduğu kimi, yenə də yalan idi. Hələ qərar verməmişəm, amma yəqin ki, mayın 2-də Brüsselə gedəcəm.”

Xatırladaq ki, serblər Priştina hakimiyyəti tərəfindən təzyiqlərə məruz qaldıqlarını iddia edir və bölgələrinə muxtariyyət verilməsini tələb edirlər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]