Almaniya xarici işləri naziri Lavrovun yalanlarına qulaq asmaq istəməyib – Özəl

Almaniya xarici işlər naziri Annalena Berbok Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasına məhəl qoymayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə “Bild” nəşri bildirib. “O, Təhlükəsizlik Şurasının iclasına dəvət edilsə də, əvəzində Almaniya vətəndaşlarının Sudandan xilas edilməsi məsələsi ilə məşğul olub. Sadə dillə desək: “Berbok Lavrovun yalanlarına qulaq asmaq istəməyib”-deyə nəşrdə qeyd olunub. Alman diplomatlar jurnalistlərə bildiriblər ki, Rusiya bütün vəhşiliyi ilə qanunsuz işğalçı müharibəsini davam etdirərkən, Lavrov Təhlükəsizlik Şurasının iclasında “hər şey öz yolu ilə getdiyini” nümayiş etdirmək istəyib. “Biz bu cür təbliğat oyunlarına hazır deyilik”, – alman diplomatlar qeyd ediblər.

Qeyd edək ki, Lavrovun sədrliyi ilə keçən BMT TŞ-nin iclasına ABŞ Dövlət katibi Blinken də daxil olmaqla, böyük dövlətlərin əksəriyyətinin XİN rəhbəri qatılmayıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]