İranda aksiya – Molla rejimi 7 nəfəri qətlə yetirdi – Özəl

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb.

Aktualtv.az xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb. Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib. Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər. Hökumət qüvvələrinin etirazçılara odlu silahdan atəş açdığı qeyd olunub.

Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]