Rusiya xarici işlər nazirinin müavini İrəvanda Mizoyanla görüşüb – Nələr müzakirə edildi? – Özəl

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Aktualtv.az xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb. Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-u, 2021-ci il yanvarın 11-i, noyabrın 26-sı və 2022-ci il oktyabrın 31-i tarixlərində əldə olunan razılıqlara uyğun olaraq Bakı ilə İrəvan arasında normallaşma prosesinin gedişatını müzakirə ediblər.

Məlumata görə, Qaluzin və Mirzoyan regional və ikitərəfli məsələlərə də toxunublar. Rusiyalı diplomat Ermənistan xarici işlər nazirinin müavinləri Vaqe Gevorkyan və Mnatsakan Safaryanla da məsləhətləşmələr aparıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]