Sloveniya hökumətinin Ukrayna ilə bağlı gizli əməliyyatı – Özəl

Sloveniya hökuməti bu həftə 20 Valuk zirehli transportyorunun Ukraynaya göndərilməsi üzrə gizli əməliyyatı yekunlaşdırıb.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bildirilir ki, əməliyyat bir neçə ay davam edib. Sloveniyada 24 ildir xidmətdə olan avtomobillər texniki baxışdan keçib. Sonra onlar təyyarə ilə Slovakiya və ya Polşadakı logistika mərkəzinə köçürülüblər. Təyyarələr avropalıların Sudandan təxliyəsi ilə məşğul olduğu üçün əməliyyat ləngiyib, lakin son maşınlar bu həftə Kiyevə təhvil verildi. Məlumata görə, bu maşınlar Ukraynanın daha əvvəl elan etdiyi əks-hücum əməliyyatında istifadə olunmaq üçün göndərilib.

Xatırladaq ki, bundan əvvəl Sloveniya Ukraynaya 28 M-55S tankı və 20 mm-lik toplarla silahlanmış Yuqoslaviya istehsalı olan 35 zirehli daşıyıcı da göndərmişdi.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]