Ukrayna raket atəşinə tutulub – Ölənlər və yaralananlar var – Özəl

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Nikolayev vilayətini raket atəşinə tutub.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb. O bildirib ki, vilayətə Qara dənizdən 4 “Kalibr” raketi atılıb. Nəticədə 1 mülki şəxs ölüb, 23 nəfər isə yaralanıb. Məlumata görə, yaralananlardan 1-i uşaqdır.

“İşğalçı ölkə bu müharibədə əsas məqsədinin terror aktları törətmək və ukraynalıların hamısının məhvi olduğunu göstərən fəaliyyətini davam etdirir. Cinayətlərdə əli olan hər kəs məsuliyyətə cəlb olunacaq”, – deyə Zelenski yazıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]