“Ukrayna Rusiyanın hazırkı hakimiyyəti ilə danışmayacaq” – Özəl

“Əgər Rusiya kapitulyasiyaya razıdırsa, Ukrayna danışıqlara başlamağa hazırdır”.

Aktualtv.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, tərəfdaşlar sülh məsələsini müzakirə etmirlər:

“Çünki onlar yaxşı bilirlər ki, Ukrayna Rusiyanın hazırkı hakimiyyəti ilə danışmayacaq. Bununla belə, Rusiyanın kapitulyasiyası və təzminatların ödənilməsi ilə bağlı müzakirələr mümkündür”.

Reznikov həmçinin bildirib ki, Ukrayna əks-hücum əməliyyatına başlamağa hazırdır: “Müdafiəçilərimiz bunun üçün müvafiq qərarı və əlverişli hava şəraitini gözləyir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenki Ukraynanın aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]