1 may paradını ləğv edildi – SƏBƏB – Özəl

Kuba 1 may paradını ləğv edib.

Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, kommunist hökumət kəskin yanacaq çatışmazlığı səbəbindən bu addımı atıb. 1959-cu il inqilabından sonra ilk dəfədir ki, bayramlar iqtisadi səbəblərə görə ləğv edilir.

Son həftələr yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, sürücülər çox vaxt günlərlə gözləyirlər. Bu ayın əvvəlində prezident Migel Dias-Kanel Kubanın ehtiyac duyduğu yanacağın yalnız üçdə ikisini aldığını bildirərək, tədarükçülərin müqavilə öhdəliklərini yerinə yetirmədiyini əlavə edib. Kubanın aşağı dərəcəli xam neftə çıxışı olsa da, Amerikanın sanksiyaları altında olan adada onu emal etmək üçün imkanlar yoxdur. Kubanın ən böyük yanacaq təchizatçısı olan Venezueladan yüksək keyfiyyətli xam neftin tədarükü son illərdə 50% azalıb.

Təhlilçilər deyirlər ki, Venezuela özü də ciddi problemlər yaşayır və sosialist müttəfiqinə subsidiya vermək getdikcə çətinləşir. İspaniyanın “El Pais” qəzetinə görə, ölkədə bir aylıq əmək haqqı 150-200 dollar, bir litr neft isə 30 dollardır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]