Baş prokorunun kortejinin keçdiyi yolda PARTLAYIŞ – Özəl

Bolqarıstanın Baş prokuroru İvan Geşevin kortejinin keçdiyi yolda partlayış baş verib.

Aktualtv.az xəbər verir ki, bu barədə “Bulgarian National Television” (BNT) bildirib. Hadisə günorta saatlarında Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib.

Belə ki, ilkin məlumatlara görə, konvoyun maşınlarından birinin qarşısında partlayıcı qurğunun işə düşməsi nəticəsində güclü partlayış baş verib. Xəsarət alan olmayıb. Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]