Dəmiryolunda partlayış törədildi – Qatar relsdən çıxdı – Özəl

Rusiyanın Bryansk vilayətində dəmir yolunda törədilən partlayış nəticəsində yük qatarı relsdən çıxıb.

Aktualtv.az xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib. Onun sözlərinə görə, Bryansk-Uneça dəmir yolunun 136-cı km-də naməlum partlayıcı qurğu işə düşüb. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb:

“Ölən və yaralananlar olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir”.

Bildirilib ki, relsdən çıxan 60 vaqondan ibarət qatar neft məhsulları və taxta-şalban daşıyırmış. Rusiya Dəmir Yolları şirkəti hələ ki hadisəni şərh etməyib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]