ABŞ atəşkəsin əldə edilməsinin tərəfdarıdır – Özəl

Sudanda böhran başlayandan bəri ABŞ hökuməti bu bölgədən vətəndaşların təhlükəsiz ərazilərə təxliyyəsi üçün yardımlar təşkil edib.

Aktualtv.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, böhranın qarşısını almaq üçün Sudan rəsmiləri Səudiyyə Ərəbistanında keçirilən danışıqlara nümayəndələr göndərəcəklər.

Danışıqlar ilk növbədə “sabit və etibarlı” atəşkəsin əldə olunmasına yönəlib. Lakin Vedant Patel hərbçilərin və Çevik Dəstək Qüvvələrinin atəşkəsə riayət etməməsi ilə yaranan təhlükəli vəziyyətə də diqqət çəkib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]