İranda daha dörd nəfər edam edildi – Özəl

İranın Məşhəd və Bircənd şəhərlərinin həbsxanalarında dörd məhkum edam edilib.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumat verən insan haqları təşkilatları edam edilənlərdən birinin qadın olduğunu bildiriblər. Edam edilən şəxslər narkotik maddələrin alverində ittiham olunublar.

Qeyd edək ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib. Edam edilənlər arasında 16 qadın və yaşı 18-dən az olan 3 yeniyetmə də var. 2023-cü il martın 15-ə kimi İran həbsxanalarında 138 məhkum edam edilib və bu son 8 ilin ən yüksək göstəricisidir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]