Türkiyə kəşfiyyatı İŞİD liderini məhv etdi – Özəl

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”.

Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Türkiyə kəşfiyyatı uzun müddət idi İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən MİT-in (Milli İstihbarat Təşkilatı) Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib”, – Türkiyə lideri deyib.

“Güclü Türkiyə vətəndaşları üçün qürur mənbəyidir. Terrorçular artıq başlarını qaldıra bilmirlər, bu da Avropanın təhlükəsizliyinə töhfə verir, amma bunu anlamırlar, hətta müdafiə edirlər. Terror təşkilatlarına qarşı ən təsirli şəkildə mübarizə aparan yeganə ölkə bizik. PKK-nın ən böyük terrorçuları zərərsizləşdirilib”, – Ərdoğan deyib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]