Taxıl dəhlizi barədə görüş baş tutacaq? – AÇIQLAMA – Özəl

Rusiya, Ukrayna və Türkiyənin taxıl dəhlizi ilə bağlı görüşü razılaşdırılmayıb.

Aktualtv.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, mayın 5-də Moskvada nümayəndə heyətləri ilə BMT nümayəndələri arasında taxıl sazişi üzrə danışıqların növbəti raundu keçiriləcək. Zaxarovanın sözlərinə görə, taxıl sazişi tərəflərinin yüksək səviyyəli görüşünün keçirilməsi müzakirə olunur, tarix dəqiqləşdirilməyib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin taxıl sazişi ilə bağlı görüş keçirməyi planlaşdırdığını açıqlayıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]