Avropa İttifaqı Rusiyaya ÇAĞIRIŞ ETDİ – Vəziyyəti gərginləşdirməyin! – Özəl

Avropa İttifaqı Rusiyanı Ukraynadakı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

Aktualtv.az xəbər verir ki, Təşkilatın Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Rusiyanın hücumları dayandırması və Ukraynanı tərk etməsi üçün Avropa İttifaqı Kiyevi silahla təmin edir və dəstəkləyir.

Onun sözlərinə görə, Rusiya hökuməti dünən pilotsuz uçuş aparatının Kremlə baş vermiş hücumundan Ukraynadakı münaqişəni daha da gərginləşdirmək üçün istifadə etməməlidir.

“Biz Rusiya Federasiyasını bu qondarma hücumdan münaqişənin daha da gərginləşməsi üçün arqument kimi istifadə etməməyə çağırırıq. Biz həmin hücumun Ukraynaya qarşı daha Rusiya tərəfdən çox qoşun toplanmasına və yeni hücumlara səbəb ola biləcəyindən narahatıq”, – deyə Borrell əlavə edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]