Fransada pensiya “qalmaqalı” davam edir – Referendum tələbi RƏDD EDİLDİ – Özəl

Fransa Konstitusiya Şurası parlamentarilərin pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendumun keçirilməsi tələbini rədd edib.

Aktualtv.az xəbər verir ki, bu barədə Konstitusiya Şurası məlumat yayıb.

Məlumata görə, Fransanın keçmiş baş naziri Loran Fabiusun sədrlik etdiyi və ümumilikdə 9 üzvdən ibarət Konstitusiya Şurası pensiya yaşının aşağı salınması ilə bağlı referendumun keçirilməsi tələbini müzakirə edib. Referendum tələbinin Fransa konstitusiyasının 11-ci maddəsinə əsasən “islahat” təşkil etmədiyi səbəbi ilə rədd edildiyi bildirilib.

Qeyd edək ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, prezident və müəyyən sayda parlamentarilər Fransanın iqtisadi və ya sosial siyasətində islahatlar təklif edə bilərlər.

Xatırladaq ki, Pensiya islahatının əleyhinə olan 253 deputat pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum keçirilməsi tələbini aprelin 13-də Konstitusiya Şurasına təqdim etmişdi.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]