İran Suriya ilə əməkdaşlığa başlayır – Rəisi ABŞ-yə çağırış etdi – Özəl

İran və Suriya prezidentləri iqtisadi əlaqələri gücləndirmək məqsədilə neft və digər sektorlar üzrə bir sıra uzunmüddətli əməkdaşlıq sazişləri imzalayıblar.

Aktualtv.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Qeyd edək ki, İranın dövlət dəmir yolu şirkəti uzun müddətdir ki, ticarəti artırmaq üçün Aralıq dənizindəki Suriyanın Lattakiya limanı ilə birləşərərək qonşu İraq və Suriya ərazisindən keçməklə şəbəkəsini genişləndirməyə can atır. Müqavilə, iqtisadiyyatı son on ildə inflyasiya, valyuta enişi və iqtisadi böhran yaşayan Suriya üçün də vacibdir.

Onu da əlavə edək ki, bu, 2010-cu ildən bəri İran prezidentinin Dəməşqə ilk səfəridir. Prezident İbrahim Rəisi görüş zamanı amerikalıların Suriyadan çıxarılmasına da çağırış edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]