NATO bu ərazidı yeni ofis açır – Çin və onun Rusiya ilə əməkdaşlığı… – Özəl

NATO regiondakı müttəfiqlərlə vaxtaşırı məsləhətləşmələr aparmaq üçün Tokioda Asiya üzrə ilk əlaqə ofisi açacaq.

Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiya və NATO rəsmiləri məlumat yayıb.

Bölmə alyansa Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı əsas tərəfdaşları ilə vaxtaşırı məsləhətləşmələr aparmağa imkan verəcək.

Qeyd olunub ki, “Çin və onun Rusiya ilə əməkdaşlığı blok üçün yeni çağırışa çevrildiyindən” əlaqə ofisinin açılması zəruridir. NATO və Yaponiya Fərdi Tərəfdaşlıq Planı imzalamağı planlaşdırırlar. Proqrama əsasən, hər iki ölkə kibertəhlükələrə qarşı mübarizədə əməkdaşlığı dərinləşdirəcək, yeni texnologiyalar sahəsində əməkdaşlıq edəcək və dezinformasiya ilə mübarizə üçün məlumat mübadiləsi aparacaq.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]