ABŞ “əməkdaşlığını” genişləndirir – Özəl

ABŞ-nin Dövlət katibi Entoni Blinken Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski ilə ikitərəfli danışıqlar üçün Vaşinqtonda görüşüb.

Aktualtv.az xəbər verir ki, onlar Ukraynadakı müharibə, regionda ərzaq və enerji təhlükəsizliyi və Şimali Makedoniyanın Avropa İttifaqına daxil olması ətrafında müzakirələr aparıb:

“NATO-da dəyərli müttəfiqimiz olan Şimali Makedoniya ilə güclü tərəfdaşlığımız var. Onlara göstərdikləri həmrəyliyə, Ukraynaya Rusiyanın təcavüzündən müdafiəsinə kömək etdiklərinə görə çox minnətdarıq. Danışacağımız çox şey var. Eyni zamanda regionun, Şimali Makedoniyanın enerji təhlükəsizliyinin artırılması, bununla da mübarizə aparmaq üçün görülməli işlərlə bağlı da müzakirə aparmalıyıq. Sizinlə görüşmək böyük şərəfdir. Biz tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Düşünürəm ki, hazırda əməkdaşlığımız həmişəkindən daha vacib əhəmiyyət daşıyır”.

Qeyd edək ki, 2020-ci ilin martında Şimali Makedoniya NATO-nun 30-cu üzvü olub.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]