Çin və Kanada arasında gərginlik – “Arzuolunmaz şəxs” – Özəl

“Kanadalı diplomatın ölkədən çıxarılması “ədalətli və zəruri” addımdır”.

Aktualtv.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin brifinqdə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu addımla Çin “hüquq və maraqlarını” qoruyur.

Qeyd edək ki, ötən gün Kanadanın kəşfiyyat agentliyi Çinli diplomat Çjao Veyin müxalifətçi parlament nümayəndəsi Maykl Çonqa və onun qohumlarına qarşı “hədə-qorxu planında” iştirak etdiyi üçün günahlandırıb. Çinli diplomatın ölkəni tərk etməsi tələb olunub.

Çin tərəfi isə cavab olaraq Kanadanın Şanxaydakı Baş Konsulu Cennifer Lin Lalondeni “arzuolunmaz şəxs” elan edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]