İsrail ordusu Qəzza zolağına zərbələr endirib – Özəl

İsrail ordusu çərşənbə axşamına keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrailin Müdafiə Qüvvələri radikallara məxsus 10 silah zavodu və hərbi obyektə zərbələr endirib.

Hərbçilərin məlumatına görə, zərbələr qırıcı təyyarələr və helikopterlərdən istifadə edilməklə endirilib, bombalanan hədəflər arasında Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt də olub.

“Bundan əlavə, “İslam cihad”a məxsus 6 hərbi obyekt vurulub, onların əksəriyyəti bu terror təşkilatının silah anbarları və logistika infrastrukturu kimi istifadə edilib”, – ordudan bildirilib. Bundan başqa, israillilər radikalların Qəzza zolağının cənub hissəsindəki hərbi postuna hücum ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]