Rusiyanın Ukraynaya hava hücumunda İran “istehsalı” – Özəl

Rusiyanın yeni pilotsuz təyyarə və raket zərbələri dalğasına başlamasından sonra bütün Ukraynada hava hücumu sirenləri səslənib.

Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, Kiyevdə gecə saatlarında partlayış səsləri eşidilib və indiyədək beş nəfərin yaralandığı bildirilib. Cənubi Odessa vilayətinə edilən hücumda bir nəfər həlak olub. Ukraynanın Qızıl Xaç Cəmiyyəti anbarının vurulduğu deyilib. Bu, Kiyevə səkkiz gündə dördüncü hücumdur və Rusiyanın Qələbə Gününü qeyd etməsindən cəmi 24 saat əvvələ təsadüf edir.

Ukrayna hərbçiləri bildiriblər ki, dörd saatdan çox davam edən və gecə yarısından qısa müddət sonra başlayan Rusiya reydləri zamanı İran istehsalı olan Şahed kamikadze pilotsuz uçan aparatlarını görüblər. Kiyevin meri Vitali Kliçko Rusiya tərəfindən 60-a yaxın pilotsuz uçan aparatın buraxıldığını bildirib və bunu indiyədək “ən böyük” belə hücum kimi xarakterizə edib. O, əlavə edib ki, 36 pilotsuz uçan aparatın hamısı Kiyev səmasında məhv edilib, lakin vurulan pilotsuz təyyarələrin dağıntıları nəticəsində beş nəfər yaralanıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]