Fransanın “Vaqner” qrupu ilə bağlı qərarı – Özəl

Fransa Milli Assambleyası Rusiyanın hərbiləşdirilmiş “Vaqner” qrupunun terrorçu təşkilat kimi tanınmasına səs verib.

Aktualtv.az “Politico”ya istinadən xəbər verir ki, parlamentdə iştirak edən bütün qanunvericilər, yəni –331 nəfər qətnamənin lehinə səs verib.

Qətnamə Avropa İttifaqını Vaqneri terrorçu qruplar siyahısında qeydiyyata almağa çağırır. Avropa Şurasının məlumatına görə, siyahıda 13 nəfər və 21 qrup var.

Şəxslər və ya qurumlar üzv dövlətlərin təklifləri əsasında siyahıya əlavə oluna bilər, lakin bunlar həmin və ya digər ölkənin “səlahiyyətli orqanının qərarına” əsaslanmalıdır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]