Yaponiya hökuməti Rusiyaya QARŞI – Özəl

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyini davam etdirəcək.

Aktualtv.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.

Matsuno bildirib ki, Moskvanın hərəkətlərinə heç bir səbəblə haqq qazandırmaq olmaz. Yaponiya tərəfi dəfələrlə qeyd edib ki, G7-də sədrliyi zamanı diqqəti Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə və Ukraynaya dəstəyə yönəldəcək.

Qeyd edək ki, bundan əvvəl mövzuya münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun sözlərinə görə, Yaponiya hökuməti “əslində ABŞ-nin Rusiyanı təcrid etmək xətti ilə razılaşıb” və bəzən belə bir təəssürat yaranır ki, Tokio “lokomotivdən irəli gedir”.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]