Daha bir ölkə SEPAH-ı terrorçu kimi tanıdı – Özəl

İrana beynəlxalq təzyiqlərin artmasının ardınca İsveç parlamentinin nümayəndələri Avropa İttifaqı tərəfindən SEPAH-ın terrorçu elan edilməsini təsdiqləyiblər.

Aktualtv.az xəbər verir ki, İsveç Parlamentinin Xarici Əlaqələr Komitəsinin təqdim etdiyi bu plan mayın 10-də İsveç parlamentinin bütün səkkiz sağ və sol partiyası tərəfindən qəbul edilib və 349 nümayəndə buna səs verib.

Bu plana əsasən, İsveç hökuməti SEPAH-ın adının Avropa Birliyinin terrorçu siyahısına salınmasına cəhd göstərməli olub. İsveç parlamentinin İran əsilli üzvü Əliriza Axundi daha öncə bu planın İsveç parlamentində təsdiqlənməsi cəhdini açıqlamışdı.

İsveç parlamentinin bu hərəkəti İran İslam Respublikasının məhkəməsinin mayın 6-da Həbib Çəəbı “Əl Nidal” qruplaşmasının lideri olmaq və 69 nəfərin ölümü ilə nəticələnən silahlı hücumların planlaşdırılmasında iştirak etməkdə edam etdiyindən sonra baş verib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]