Fransa Çindən Rusiyaya təzyiq göstərməyi tələb edib – Özəl

Fransa Çini Rusiyaya təzyiq göstərməyə və Rusiya rəhbərliyini “özünə gətirməyə” çağırıb.

Aktualtv.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna hökumətin iclasında bildirib.

Ketrin Kolonna deyib ki, Çin Rusiyanı “sülhə qayıtmağa” məcbur etməlidir. Pekin Rusiya Federasiyası ilə münasibətlərindən istifadə edərək, Moskvaya çıxılmaz vəziyyətdə olduğunu başa sala və onu fikrindən daşındıra bilər.

Qeyd edək ki, aprel ayında Fransa prezidenti Emmanuel Makron bu səfərdən sonra qalmaqala səbəb olan Çinə səfər edərək, Avropanın Amerika siyasətini həmişə dəstəkləməməli olduğunu demişdi.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]