İsrail ordusuna tapşırıq verildi – Hərbi toqquşmalara hazır olun – Özəl

İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərə Qəzza ətrafında mümkün hərbi toqquşmalara hazırlaşmağı tapşırıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Qalant İsrail Müdafiə Qüvvələrinin bu gün keçirilən əməliyyat iclasından sonra bəyan edib. Bildirilib ki, Qəzza zolağında “Fələstin İslami Cihad” Təşkilatına aid olan radikallar İsrailin cənubundakı əraziləri atəşə tutmağa davam edir.

“Mən müdafiə strukturlarına atəşin intensivliyinin mümkün artımı üçün bütün lazımi addımların atılması, əlavə tədbirlər görülməsi və ordunun döyüşə hazır vəziyyətdə saxlanılması barədə tapşırıqlar verdim”, – deyə müdafiə naziri əlavə edib.

Xatırladaq ki, dünəndən etibarən Qəzza zolağındakı Fələstin qüvvələri tərəfindən İsrail ərazisinə 500-dən çox raket atılıb və onların demək olar ki, üçdə biri İsrailin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]