Ukrayna və Rusiya arasında “qızıl orta” – Prezidentdən vasitəçilik təklifi – Özəl

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva növbəti dəfə Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçilik etmək istədiyini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, o, Yaponiyada keçiriləcək G7 sammitində bu məsələni müzakirə etmək niyyətindədir. Braziliya lideri Niderlandın baş naziri ilə görüşü zamanı deyib ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə olunmalıdır.

Onun fikrincə, Braziliya “qızıl orta”nı tapmağa kömək edə bilər. Ukrayna faktiki olaraq ərazisinin işğalı ilə barışa bilmir və müqavimət göstərməlidir. Avropa İttifaqı öz qərarında haqlıdır.

Lula da Silva bildirib ki, artıq Çin, Böyük Britaniya və Niderland liderləri ilə Ukrayna müharibəsinin nizamlanması üzrə müzakirələr aparıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]