7 ildən sonra ilk dəfə – İranlı nazir bu ölkəyə səfər etdi – Özəl

İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi 7 ildir davam edən Tehran-Riyad əlaqələrinin kəsilməsindən sonra bu gün Səudiyyə Ərəbistanına səfər edib.

Aktualtv.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Səfər zamanı o, ikitərəfli görüşlər keçirəcək, Səudiyyə Ərəbistanı İslam İnkişaf Bankının iclasında da çıxış edəcək. Bu son 7 ildə iki ölkə arasında hökm sürən soyuqluqdan sonra bu səviyyədə baş tutan ilk səfərdir.

Qeyd edək ki, Qərb ölkələri tərəfindən sıxışdırılan və beynəlxalq təzyiqlərin artdığını müşahidə edən İran hakimiyyəti Körfəz ölkələri ilə münasibətləri yumşaltmağa çalışır.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]