Keçmiş baş nazir azadlığa buraxıldı – Özəl

Ali Məhkəmə keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanı girov müqabilində azad edib.

Aktualtv.az xəbər verir ki, bu barədə İslamabad Ali Məhkəməsinin qərarında bildirilir.

Qeyd edək ki, dünən Pakistan Ali Məhkəməsi İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib və siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib.Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur. Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.

İmran Xan mayın 9-da saxlanılandan bəri ölkədə etiraz aksiyaları başlayıb. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyinin tələbi ilə Pəncab əyalətində hərbi qüvvələr yerləşdirilib, həmçinin ölkə daxilində mobil internet xidmətləri dayandırılıb, məktəblər və yollar bağlanıb. Son məlumatlara görə, aksiyalarla əlaqədar 1000-ə yaxın adam həbs edilib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]