Moldova MDB PA-dan çıxmaq istəyir – Özəl

Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasından çıxmaq təşəbbüsünü irəli sürüb.

Aktualtv.az xəbər verir ki, Moldova parlamentinin sədri İqor Qrosu ölkəsinin MDB Parlament Assambleyasından tərkibindən çıxması prosedurunun başlanması barədə qərar qəbul etdiyini brifinq zamanı jurnalistlərə açıqlayıb.

Moldova parlamentinin spikeri MDB strukturlarını “yararsız” adlandırıb. Qrosunun sözlərinə görə, bu qərarı ölkə vətəndaşları, hakim “Fəaliyyət və Həmrəylik” partiyasının nümayəndələri, eləcə də Moldova Prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]