Tayvan müharibəyə hazırlaşır? – İlk yerli sualtı qayıq – Özəl

Tayvan bu ilin sentyabrında öz istehsalı olan sualtı qayığın prototipini istismara verməyi planlaşdırır.

Aktualtv.az xəbər verir ki, IDS layihəsi əsasında sualtı qayığın ilkin olaraq 2024-cü ilin mayında istismara verilməsi nəzərdə tutulsa da, bununla bağlı tikinti işləri sürətləndirilib.

Tayvanın CSBC gəmiqayırma korporasiyasının idarə heyətinin sədri Çen Venlun bildirib ki, Tayvan xaricdən lisenziya əsasında döyüş sistemlərinin elementlərini, torpedalar və raketləri, həmçinin dizel mühərrikləri alır. Onun sözlərinə görə, sualtı qayığın gövdəsinin lokalizasiya dərəcəsi 40%-i keçib.

Bu layihə ilə ümumilikdə 8 sualtı qayığının tikintisi nəzərdə tutulur. Onların inşası təxminən 9,73 milyard dollar başa gələcək.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]