28 may tarixi “Türkiyə yüz ili”nin müjdəçisi olacaq – Ərdoğandan AÇIQLAMA – Özəl

“Cümhur İttifaqı” olaraq, ölkəmizin ən gərgin seçkilərinin ilk sınağından, Allaha həmd olsun ki, uğurla çıxdıq.

Aktualtv.az xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter“ hesabında paylaşıb.

Ərdoğan seçki zamanı təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıqlarını vurğulayıb: “İndi isə 14 mayda əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır”.

Prezident 28 may tarixinin “Türkiyə yüz ili”nin müjdəçisi olacağını deyib:

“Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən onu hədəfləri ilə bir araya gətirməyi gözləyir. Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər”.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]