ABŞ Maliyyə naziri tarix AÇIQLADI – Bu vaxtdan etibarən… – Özəl

ABŞ Maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.

Aktualtv.az xəbər verir ki, bu barədə nazirin Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib.

“Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”, – deyə sənəddə vurğulanıb. Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb.

Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ-də defolt halında bütün dünya üçün problemlər olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, o, respublikaçıların bu böhrana görə məsuliyyət daşıdığını bildirib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]