ABŞ Səfirliyinin keçmiş əməkdaşı Rusiyada həbs edildi – Özəl

ABŞ-nin Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı Robert Şonov təxribat törətmək ittihamı ilə saxlanılıb.

Aktualtv.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Robert Şonov Moskvanın keçmiş “KQB həbsxanası” hesab olunan məşhur Lefortovo həbsxanasında saxlanılır.

Xarici dövlət və ya beynəlxalq təşkilatla əlbir olmaqda təqsirli bilinən Robert Şonovu Rusiya qanunlarına görə, 8 ilədək həbs cəzası gözləyir.

ABŞ-nin Rusiyadakı Səfirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]