Bu ölkənin hərbi attaşesinin iqamətgahına hücum edilib – Özəl

Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşenin iqamətgahına hücum edilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, hücum edən şəxslər vandalizm aktları törədib.

XİN-dən qeyd edilib ki, Küveyt bu hücumu pisləyir və xüsusilə diplomatik nümayəndəliklərə və digər əlaqəli binalara qarşı yönəldilmiş hücumların bütün formalarına qarşı çıxır.

Nazirlik Sudan hakimiyyətinə və respublikadakı bütün münaqişə tərəflərinə müraciət edərək diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə çağırıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]