Dünyada edamların sayı rekord həddə çatıb – Özəl

2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək olub. Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb.

Aktualtv.az xəbər verir ki, bununla bağlı rəqəmləri beynəlxalq “Amnesty International” insan haqları təşkilatı təqdim edib.

Məlumata görə, 2022-ci ildə 20 ölkədə 883 nəfərə ölüm hökmü çıxarılıb və hökm icra edilib. Bu, ötən illə müqayisədə 53% çoxdur.

Qeyd olunur ki, edamların sayında kəskin artım Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verib. Burada göstəricilər 2021-ci ildəki 520 hadisədən 2022-ci ildə 825-ə yüksəlib. Siyahıya Çin, İran, ABŞ, Şimali Koreya, Yəmən, Misir kimi ölkələr daxildir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]