Rusiya terrorizmin sponsoru olan dövlət kimi tanına bilər – Özəl

Rusiya terrorizmin sponsoru olan dövlət kimi tanına bilər.

Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Senatın büdcə komitəsində dinləmələr zamanı deyib.

Senator Lindsi Qrehem Blinkenə ünvanladığı sualda 100 amerikalı senatorun Rusiyanı terrorun sponsoru kimi tanımağı təklif etdiyini xatırladıb. Bildirib ki, məqsəd Çini Rusiyaya silah tədarükündən çəkindirməkdir.

Ancaq aylar keçməsinə baxmayaraq, heç nə baş vermədiyini əsas gətirərək “Cənab katib, sizi çox bəyənirəm, lakin Rusiyanı heç vaxt terrorizmin sponsoru olan dövlət elan etməyəcəksiniz, elə deyil?” – deyə soruşub. Dövlət katibi isə senatora “Heç vaxt “heç vaxt” demə”-cavabını verib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]