BMT-nin baş katibi Türkiyəyə minnətdarlığını bildirib – SƏBƏB – Özəl

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan razılaşmanın müddətinin daha 2 ay uzadıldığını söyləyib.

Aktualtv.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı naziri Oleksandr Kubrakov “Facebook” səhifəsində taxıl müqaviləsinin iyulun 18-dək uzadıldığını təsdiqləyib.

Kubrakov bildirib ki, sazişdəki tərəfdaşlarımız – Türkiyə və BMT-nin səyləri sayəsində dünya Ukrayna məhsullarını almağa davam edəcək. Bu addımı dəstəkləyən BMT-nin baş katibi Antonio Quterreş Türkiyə və Türk xalqına bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, indiyədək dəhliz sayəsində 951 gəmi ilə 30 milyon 250 min tondan çox taxıl daşınılıb. Su yolu ilə müxtəlif bölgələrə yollanan 13 növ taxılın ən böyük hissəsi, yəni 40%-i Avropaya çatıb. Məhsulun Asiyaya 30, Türkiyəyə 13, Afrikaya 12, Orta Şərq regionuna isə 5%-i göndərilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]