Böyük Britaniyada inflyasiya problemi – 11 milyona yaxın insan… – Özəl

Kommunal ödənişlər və kreditlərin ödənilməsində problem yaşayan britaniyalıların sayı son bir ildə 40% artaraq 10,9 milyona çatıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Bazarlarında Davranış Normasına Nəzarət Təşkilatının hesabatında deyilir.

Məlumata görə, Böyük Britaniyada təxminən 5,6 milyon insan son altı ayın ən azı üçündə kommunal ödənişlər və ya kredit ödənişlərini gecikdirib. İl ərzində onların sayı 1,4 milyon nəfər artıb. Keçirilən sorğulara görə, ölkənin yetkin əhalisinin təxminən yarısı və ya təxminən 28,4 milyon insan bu ilin yanvarında altı ay daha əvvəl ilə müqayisədə yaşayış dəyərinin artması ilə bağlı daha çox narahatlıq və ya stress hiss edib.

Qeyd edək ki, Böyük Britaniyada apreldə inflyasiya 10,1% təşkil edib. İngiltərə Bankı cari il üçün istehlak qiymətlərinin artım tempinin 5,1% təşkil edəcəyini, 2024-cü ilin sonunda isə 2,3%-ə qədər azalacağını proqnozlaşdırır.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]