Münaqişə tərəfləri görüşməyə hazırdır – Özəl

Sudanın çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo ölkənin silahlı qüvvələrinin komandanı Əbdülfəttah əl-Burhan ilə istənilən vaxt və istənilən yerdə şəxsi görüş keçirməyə hazırdır.

Aktualtv.az xəbər verir ki, bunu bir neçə saat əvvəl Cənubi Sudanın paytaxtı Cubaya gələn Sudan xüsusi təyinatlıları rəhbərinin siyasi müşaviri Yusif Əzzat bildirib.

“Xüsusi qüvvələrin rəhbəri Sudanda atəşkəs şərti ilə istənilən yerdə və istənilən vaxt əl-Burhanla görüşməyə hazırdır”, – siyasi məsləhətçi deyib.

Qeyd edək ki, Sudan ordusu indiyədək xüsusi təyinatlıların nümayəndələrini üsyançı hesab edərək, dünya ictimaiyyətini çevik reaksiya qüvvələrini terror təşkilatı kimi tanımağa çağıraraq onlarla birbaşa danışıqlar və ya görüşlər aparmaqdan imtina edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]