İrəvanda atışma – Vəzifəli şəxs yaralandı – Özəl

İrəvanda atışma zamanı paytaxtın Davitaşen inzibati rayonunun rəhbərinin müavini yaralanıb.

Aktualtv.az xəbər verir ki, hadisə mayın 19-da səhər saatlarında baş verib.

Bildirilir ki, Maştots rayon polis şöbəsinə evlərdən birinin yaxınlığında atəş açıldığı barədə məlumat daxil olub. Polisin əməliyyat qrupu hadisə yerinə gedib. Ərazidə avtomat silahların gilizləri aşkar edilib.

Atışma nəticəsində bir nəfər xəstəxanaya çatdırılıb, onun Davitaşen rəhbərinin müavini Koryun Arakelyan olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]