Rusiyaya məxsus sərnişin təyyarəsi etirazla qarşılandı – Özəl

Təxminən 4 il sonra Rusiyaya məxsus ilk sərnişin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına enib.

Aktualtv.az xəbər verir ki, “Azimuth Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanında etiraz aksiyası ilə qarşılanıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çox sayda polis cəlb edilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili də aviareysin alqışlanmadığını bəyan edib. “Gürcü xalqının etirazına baxmayaraq Rusiya öz alqışlanmayan təyyarəsini Tbilisiyə endirib”, – deyə Zurabişvili Tvitterdə qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi Rusiyanın “Red Wings” aviaşirkətinə uçuş icazəsi verib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]