Rusiya Türkiyədəki seçkilərə müdaxilə edir? – AÇIQLAMA – Özəl

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Türkiyə hakimiyyətinin Rusiya tərəfinin ölkədəki seçkilərə təsir etmək cəhdləri barədə məlumatı yoxdur.

Aktualtv.az xəbər verir ki, Çavuşoğlunun açıqlaması müxalifətin prezidentliyə namizədi Kemal Kılıçdaroğlunun iddialarından sonra gəlib. Nazir vurğulayıb ki, kiminsə seçkilərə müdaxiləsi ilə bağlı məlumatı varsa, onu hökumətlə bölüşməlidir.

Mayın 11-də Kılıçdaroğlu rus dilində tvitter hesabında Moskvanı ölkəsində keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə etməməyə çağırıb. O iddia edib ki, Türkiyədə ifşa olunan bəzi “süjetlər və qeydlərin” arxasında Rusiya dayanır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Türkiyədəki seçkilərə mümkün müdaxiləsi ilə bağlı şayiələri təkzib edərək, belə iddiaların yalançılar tərəfindən yayıldığını bildirib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]