“Casus” jurnalistin həbs müddəti uzadıldı – Özəl

Rusiya məhkəməsi casusluqda ittiham olunan “Wall Street” Jurnalının müxbiri Evan Gershkoviçin həbs müddətini üç ay daha uzadıb.

Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət departamentinin rəsmisi Metyu Miller danışıb. Onun sözlərinə görə, Moskvanın casusluq ittihamlarını təsdiqləyəcək sənədlər mövcud deyil, lakin yenə də jurnalisti azad etmək niyyətində deyil.

Qeyd edək ki, 31 yaşlı ABŞ vətəndaşı Evan Qerşkoviç martda Rusiyaya səfər zamanı casusluqda ittihamı olunaraq həbs edilib. ABŞ hökuməti isə ittihamları tam rədd edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]