Rusiya Federasiyası Prezidentinin administrasiyasında iPhone-ların xidməti məqsədlər üçün istifadəsi yolverilməzdir və qadağan olunub.
Aktualtv.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml məmurların iPhone-dan istifadəsini məhdudlaşdıra bilməz, onların təhlükəsizliyi ilə bağlı qərarlar xüsusi xidmət orqanlarının səlahiyyətindədir.
Qeyd edək ki, Rusiya FTX ABŞ kəşfiyyatının “Apple” texnikasından istifadə edərək həyata keçirdiyi əməliyyatın üstünü açıb.
Səbinə Kərimova / aktualtv.az