Müxalifətin seçki bloku dağıldı – Özəl

Türkiyədə müxalifətin seçki bloku dağılıb.

Aktualtv.az xəbər verir ki, bu barədə İYİ Partiyanın baş katibi Uğur Poyraz telekanallara müsahibəsində bildirib. Onun sözlərinə görə, “Millət İttifaqı” seçki birliyi idi və mayın 28-dən blokun səlahiyyəti başa çatıb.

Qeyd edək ki, mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçirilib. Mayın 28-də keçirilən Prezident seçkisinin ikinci turunda “Cümhur İttifaqı”nın namizədi, Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]