Əfqanıstanın Ləğman vilayətinin Əlinqar rayonunda İŞİD terror təşkilatının “Hüzeyfə” ləqəbli liderlərindən biri saxlanılıb.
Aktualtv.az xəbər verir ki, o, İŞİD-in Nəngərhar vilayətində təsis etdiyi “əxlaq polisi”nə rəhbərlik edib. Terrorçu qadın paltarı geyinərək “Taliban” döyüşçülərinin təqibindən yaxa qurtarmağa çalışıb.
Onun saxlanılarkən çəkilmiş fotosunu “Taliban”a yaxın mətbuat orqanları yayıblar.
Büllur Məmmədova / aktualtv.az