Tural Zeynalov azadlığa buraxıldı

2021-ci ilin iyununda Şəmkir rayonunda həbs edilən “Qala” restoranının sahibi Tural Zeynalov azadlığa buraxılıb.

Aktualtv.az xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbsə məhkum edilən iş adamı ötən gün cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, əvvəllər deputatlığa namizəd olmuş Tural Zeynalovun həbsi geniş müzakirələrə səbəb olmuş, onun saxlanılması zamanı çəkilən görüntülər mediada yayılmışdı.

DİN-in yaydığı açıqlamada sözügedən restoranda karantin qaydalarına zidd olaraq toy məclisinin keçirildiyi bildirilmişdi. Məlumata görə, polis əməkdaşları həmin restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]