Lerikdə bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb edildi

Lerikdə məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Piran və Hamarmeşə kəndləri ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkar olunmuş faktlarla bağlı ərazi üzrə 2 bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti dövlət qurumuna göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]